Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
28 Fevral 2022 13:07
3 066
Martın 1-də ölkə ərzisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq.
Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.