Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 4.82 dollar və ya 5.13% artaraq 98.73 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.