
Türkiyədə meşə yanğınları ilə bağlı 17 nəfər saxlanıldı
29 İyun 17:37
29 İyun 17:37
29 İyun 16:08
29 İyun 14:57
28 İyun 17:33
Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə istintaq başa çatıb.
Trend-in məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Prosesə hakim Azad Məcidovun sədrlik edəcək.
İttihama görə, ötən ilin noyabr ayında Sabunçu rayonu Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı kirayə yaşadığı evdə bıçaqla çoxsaylı xəsarətlərlə qətlə yetirərək meyitini evin həyətinə atıb.
Ş.Ələsgərov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.