Nazirlik: Orta Dəhliz üzrə proseslərin rəqəmsallaşdırılması səmərəliliyi daha da artıracaq
“Təhsildə region və şəhər məktəbləri arasında fərq açıq görünür”
Azərbaycan-Rusiya sərhədini pozmaq istəyən Pakistan vətəndaşı saxlanılıb - FOTO
Nazirlik: Zəngəzur dəhlizinin inkişafı regional nəqliyyat əlaqələrini gücləndirəcək
28 İyun 2025 17:33
3 269
Çinin cənub-qərbində yerləşən Guicou əyalətində bu həftənin əvvəlində baş vermiş güclü sel fəlakətindən sonra yağıntıların və su səviyyəsinin artması ilə əlaqədar yenidən fövqəladə vəziyyət elan olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.
Məlumata görə, selin ciddi şəkildə təsir etdiyi Çiendunnan Miao və Donq muxtar prefekturasının Roncian qəsəbəsindən keçən Duliu çayında bu səhər suyun səviyyəsi 253,5 metrə çatıb. Bu isə sel üçün müəyyən olunmuş maksimal təhlükə həddi olan 251,5 metrdən yüksəkdir.
Buna görə, daha əvvəl azalan su səviyyəsi səbəbilə aşağı salınan fövqəladə vəziyyət rejimi yenidən ən yüksək – 1-ci səviyyəyə qaldırılıb.
Məryəm Quliyeva