
Qüdrət Həsənquliyev: “Putinin ABŞ-dan narahatlığı yoxdur”
17 Avqust 20:20
17 Avqust 20:20
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Fələstin Xarici İşlər Nazirliyi İsrailin Əl-Xəlilin cənubundakı Mesafir Yatta bölgəsində yüzlərlə hektar ərazini ələ keçirmə qərarı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada Mesafir Yattada yüzlərlə hektar ərazinin və yolların ələ keçirilməsini nəzərdə tutan qərarın bütün bölgə üçün təhlükəli əks-səda doğuracağı və bu addımın İordan çayının qərb sahilini ilhaq planının bir hissəsi olaraq bölgə sakinlərinin buradan çıxarılması və İsrail yaşayış məntəqələrinin genişləndirilməsi məqsədi daşıdığı qeyd edilib.
Açıqlamada eləcə də torpaqların ələ keçirilməsi qərarı ilə Mesafırdakı kəndlər arasında əlaqələrin kəsiləcəyi, vətəndaşların əkinçilik sahələrinə və otlaqlara getməsinin qarşısı alınacağı, İsrail yaşayış məntəqələri arasında əlaqənin qurulacağı bildirilib.
Bu addımın İordan çayının qərb sahilinin tarixi, siyasi və hüquqi statusunun dəyişdirilməsi cəhdi və beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu vurğulanıb və İsrailin bütün qeyri-qanuni qərar və hərəkətlərini dayandırmaq üçün beynəlxalq müdaxilə çağırışı edilib.