Tramp: “TikTok üçün alıcımız var” Dünya

Tramp: “TikTok üçün alıcımız var”

Bir qrup çox varlı insan Çinin “ByteDance” şirkətindən “TikTok”sosial media platformasını almağa hazırdır.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

Ağ Ev lideri bildirib ki, o, təxminən iki həftə ərzində alıcıların adını çəkməyə hazır olacaq.

“TikTok üçün alıcımız var. Mənə yəqin ki, Çinin icazəsi lazımdır və düşünürəm ki, Çin lideri Si Cinpin bunu edəcək. Bu, çox varlı insanlardan ibarət bir qrupdur”, - Tramp vurğulayıb.