DeepState: Rusiya ordusu indi də Zaporojyedəki Malinovka istiqamətində irəliləyir Dünya

DeepState: Rusiya ordusu indi də Zaporojyedəki Malinovka istiqamətində irəliləyir

Rusiya ordusu Zaporojye vilayətinin Malinovka kəndi istiqamətində irəliləyiş əldə edib. APA xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsinin ekspertləri məlumat veriblər.

Qeyd olunur ki, Malinovka kəndi Zaporojye vilayətinin Poloji rayonunda yerləşir.
Hələ iyunun əvvəlində “DeepState” analitikləri bildirirdilər ki, rus işğalçıları Malinovka istiqamətində hücum əməliyyatlarına başlayıblar.

“Kaçaplar 7 nəfərədək qruplarla Malinovkanı ələ keçirmək məqsədilə hücum əməliyyatları həyata keçirirlər. Lakin ilk sutka ərzində düşmən yalnız “boz zona”ya daxil ola bildi və kəndin şərqindəki meşə zolaqlarına sızdı. Bəzi əsgərlər açıq sahədə birbaşa irəliləyərək Müdafiə Qüvvələrini qəfil yaxalamağa ümid edirdilər,” – deyə məlumatda qeyd olunurdu.