Şəkidə avtomobil piyadanı vuraraq öldürüb Hadisə

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Böyük Dəhnə kəndində qeydə alınıb.

Belə ki, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada, 1950-ci il təvəllüdlü Fəxrəddin Beybudovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.