“Problemin səbəbkarı Elman Rüstəmovdur” Hadisə
Əliməmməd Nuriyev: "Kreditlərin qaytarılmaması ilə bağlı çağırışlar qanunsuzdur"
Mərkəzi Bankın üzən məzənnə bəhanəsi ilə tətbiq etdiyi ikinci devalvasiya əhali arasında şok effekti yaradıb. Kommersiya banklarına borclu olan insanların dərdinin üstünə isə dərd əlavə olundu. İkinci devalvasiyadan sonra dollarla götürülən kreditlərin ödənilməsi zamanı əsas borcun üzərinə əlavə olaraq 47,6 faiz də gəlib. Hazırda 6 milyona yaxın insanın banklarda bu və digər formada əmanətləri var. Hələ 21 fevral devalvasiyasından sonra kreditlərin geri ödənilməsində kifayət qədər problemlər yaranmışdı. 21 dekabr devalvasiyası isə bu sahədə "partlayış" olması üçün sonuncu barıt effektini verdi.
Bir çox ekspertlər çətin durumda olan insanlara müraciət edərək kütləvi şəkildə kreditləri geri ödəməkdən imtinaya çağırır. Təbii ki, hansısa yolla problem həll olunmalıdır. Amma bu, problemin həlli istiqamətində doğru addım sayıla bilməz. Məsələ burasındadır ki, insanlar krediti alarkən yaşadıqları sevinc qədər onu qaytaranda kədərlənirlər. Üstəlik, krediti xarici valyutada götürüblərsə, kədər ikiqat olur.
Maraqlıdır, vətəndaş kommersiya bankından kredit götürərkən borclu tərəf olaraq öhdəliklərinə nəzər salıb müqavilə bağlayıb? Yoxsa, məsələyə kor-koranə, "əsas puldur, necə olsa qaytararam" prinsipi ilə yanaşıb? Ümumiyyətlə, borc götürüb onu qaytarmamaq iddiasında olanlar hansı prinsipdən çıxış edirlər? İnsanları buna səsləyənlər nə dərəcədə haqlıdır?
Hüquqşünas Əliməmməd Nuriyev əhalini kreditləri ödəməkdən imtinaya səsləməyi pafoslu çağırış adlandırıb: "Bu cür çağırışların qanuni olması ilə bağlı fikir söyləmək yersizdir. Çünki bu addımın heç bir qanuni əsasları yoxdur. Borc götürənlərin öhdəlikləri var, müvafiq qaydada bağlanan müqavilə şərtlərinə əməl edilməlidir. Borclu ödəməni həyata keçirmirsə, şübhəsiz ki, məhkəmə qaydasında həmin şəxsdən borclar geri alına bilər. Hətta borclar onun əmlakına da yönəldilə bilər. Mübahisələndirmə daha çox dollarla verilən kreditlərə şamil olunur. Çünki manat dollara nisbətdə 47 faiz həcmində ucuzlaşdı. Bu isə insanların bir sıra planlarının təxirə salınması ilə nəticələndi.
Mən kredit götürənlərin vəziyyətini də başa düşürəm. Amma kredit müqaviləsi imzalayarkən devalvasiya və ya bu kimi hallar baş verdiyi təqdirdə kreditin necə ödənilməsi ilə bağlı məsələlərə baxılmalı idi. Müqavilə azadlığı prinsipinə əsasən, hər kəs mülki qaydada müqavilə şərtlərini müəyyənləşdirə bilər.
Vətəndaşlar bəzən müqavilələrə fikir vermirlər. Bizdə bağlanan kredit müqavilələrində daha çox kredit verən tərəfin maraqları üstünlük təşkil edir".
Hüquqşünas bildirib ki, çağırışlar heç kəsi öhdəliklərdən azad etmir: "Hesab edirəm ki, müvafiq dövlət qurumları kreditlərin verilməsi ilə bağlı əlavə vaxt ayırmalıdır. Təbii ki, mili valyutanın kəskin dəyişməsi vətəndaşın və hüquqi şəxsin, həmçinin bankların maliyyə-kredit siyasətinə mənfi təsir edir. Bu, hətta bir çox bankların iflasına da gətirib çıxara bilər. Çünki bankların gəlirlərinin əldə edilməsində kreditlərin payı çoxdur. Məhkəməyə verib-verməmək isə qarşı tərəfin hüququdur".
Əliməmməd Nuriyev növbəti devalvasiyaya görə Mərkəzi Bankın sədri Elman Rüstəmovu ittiham edib: "Devalvasiyanın ölkə iqtisadiyyatı üçün məcburi addımlardan qaynaqlandığı aydındır. Amma hesab edirəm ki, Mərkəzi Bank bu istiqamətdə daha geniş müzakirələr aparmağa borclu idi. Çox təəssüf ki, bunu görə bilmədik. Meydanda devalvasiyaya gedilməsi ilə bağlı aydın işarələr yox idi. Təbii ki, iqtisadi ekspertlərin də proqnozlaşdırdığı kimi devalvasiya baş verdi və bu gözlənilən idi.
Hesab edirəm ki, müzakirələr vaxtında genişləndirilməli idi. Mərkəzi Bank bu məsələlərdə monopolistdir və vətəndaşlarla, maraqlı tərəflərlə məsləhətləşməyi lazım bilmir. Bu istiqamətdə hər hansı ciddi addım görmürük.
Mərkəzi Bank rəsmiləri hansısa hadisə baş verəndən sonra nəticələri ilə bağlı danışmağa başlayır. 21 fevral devalvasiyası ərəfəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək "mən rəsmi şəxs kimi devalvasiya olmayacağını deyirəm" bəyanatını vermişdi. Əgər bunu rəsmi şəxs bəyan edibsə, onda rəsmi şəxs kimi də dəyən ziyanı ödəsin. Düşünürəm ki, məsuliyyətli çıxışlar vacibdir. Prosesi ətraflı, dolğun izah etmək lazımdır.
Əlbəttə, iqtisadi qanunauyğunluqlar baş verməli idi. Amma bundan əvvəl əhalini prosesə hazırlamaq, geniş müzakirələr aparmaq lazım idi. Təkliflər nəzərə alınaraq vəziyyətdən optimal çıxış yolu müəyyən edilməli idi. Hesab edirəm ki, Mərkəzi Bank rəsmiləri daha məsuliyyətli ola bilərdilər, amma olmadılar.
Mərkəzi Bank çox ciddi surətdə bu məsələni ölçüb-biçməyə borclu idi. "Üzən məzənnə" dedilər, amma prosesə pillə ilə keçmədilər. Növbəti şok devalvasiya tətbiq etdilər. Biz çalışmalıyıq ki, mövcud situasiyadan çıxış yolu tapaq. Elman Rüstəmov deyir ki, tədbirlər planı hazırlayır. Ey sədr, sənin tədbirlərin çoxdan hazır olmalı idi!"