29 Yanvar 17:01
2 023
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə səfər edib.
Türkiyə mətbuatı xəbər verir ki, onu paytaxt Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.
Mirziyoyevin səfəri çərçivəsində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının keçirilməsi gözlənilir.
İclasda iqtisadi-ticari əlaqələr, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq, nəqliyyat və eneji tərəfdaşlığı, təhsil və mədəniyyət məsələlərində fikir mübadiləsi aparılması nəzərdə tutulub.
14:18
665
12:55
840
11:54
924