14:16
1 071
Qrenlandiyanın paytaxtı Nuukda bir kişi ABŞ bayrağını qaldırmağa cəhd edib, lakin bunu etməyə macal tapmamış yoldan keçənlər tərəfindən saxlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Danimarkanın "TV2" televiziya kanalı yerli polisə istinadən məlumat yayıb.
"Nuukda bir kişi ABŞ bayrağını qaldırmağa cəhd edib. İnsanlar hücumçunu o, bayrağı qaldırmağa macal tapmamış saxlayıblar", - deyə məlumatda bildirilir.
Hazırda polis araşdırma aparır.
Məryəm Quliyeva