Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır Hadisə

Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır

Əqli mülkiyyət hüququnun qorunması da Ombudsman Aparatının fəaliyyət istiqamətləri arasındadır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əqli mülkiyyət hüququnun qorunmasında mədəniyyət formalaşmalıdır.

“Əqli mülkiyyət hüququ anlayışının təbliği istiqamətində maarifləndirmə işləri aparılır. Bu anlayışın cəmiyyət tərəfindən anlaşılması, əqli mülkiyyət mədəniyyətinin formalaşması üçün işlər aparılmalıdır”, -deyə S.Əliyeva qeyd edib.

Xəbər yenilənəcək