16 Mart 19:53
16 Mart 19:28
15 Oktyabr 2024 15:47
2 856
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Agentlik Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası keçirib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 24 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 253 vakansiya təqdim olunub.
Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Quliyev yarmarkada iştirak edən işəgötürənlərlə görüşüb, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
İştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib.
Qeyd edək ki, bu, artıq Laçında təşkil olunan dördüncü əmək yarmarkasıdır.
16 Mart 19:12
1 148
16 Mart 19:10
1 155
16 Mart 17:51
1 218