20:07
567
“Müasir dövrdə yüksək texnologiyaların inkişafı dövlətçilik tarixinin, mədəni irsin və milli dəyərlərin təbliği üçün yeni imkanlar yaradır”.
Onun sözlərinə görə, rəqəmsal platformalar və ictimai diplomatiya vasitələri bu istiqamətdə daha geniş auditoriyaya çıxış imkanı formalaşdırır:
“Xüsusilə son illərdə rəqəmsal texnologiyaların tətbiqi ilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması daha sistemli şəkildə həyata keçirilir. Bu baxımdan Xocalıya Ədalət kampaniyası mühüm nümunələrdən biridir.
Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində həyata keçirilən bu kampaniya çərçivəsində müasir texnologiyalardan və rəqəmsal platformalardan geniş istifadə olunub. Bu isə göstərir ki, yeni texnoloji imkanlar vasitəsilə tarixi həqiqətlərin təbliğini daha effektiv şəkildə qurmaq mümkündür”.
Azər Allahverənov əlavə edib ki, gələcəkdə dövlətçilik tarixi, elm və mədəniyyət sahələrinin təbliği üçün müxtəlif rəqəmsal məhsulların hazırlanması və bu materialların təhsil proqramlarına inteqrasiyası da xüsusi əhəmiyyət daşıyır:”Bu yanaşma milli dəyərlərin və tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edə bilər”.
Günel Elxan