16 Mart 19:53
16 Mart 19:28
16 Mart 22:50
644
Litva Ukraynanın bərpası üçün Avropa İttifaqının Ukrayna Fondu proqramına 10 milyon avro məbləğində ianə edəcək.
Bu barədə Litvanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə müqavilə Brüsseldə xarici işlər naziri Kestutis Budris və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos tərəfindən imzalanıb.
"İanə Litvanın Ukraynada fəal iştirak etdiyi prioritet sahələrə yönəldiləcək ki, bura da təhsil infrastrukturunun bərpası, mülki müdafiənin gücləndirilməsi və məktəbəqədər təhsilin islahatı aiddir", - məlumatda deyilir.
Qeyd edək ki, Litvanın 2022-ci ildən bəri Ukraynaya göstərdiyi yardım 1,7 milyard avronu keçib.
16 Mart 22:49
651
16 Mart 22:47
644
16 Mart 22:46
658