19:28
595
“Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biridir”.
Bunu deputat Azər Allahverənov “Xalq Cəbhəsi.az”-a çıqlaması zamanı deyib.
Onun sözlərinə görə, bu sahədə həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları müxtəlif platformalar vasitəsilə fəal fəaliyyət göstərirlər: “Xüsusilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm layihələr həyata keçirir.Heydər Əliyev Fondunun təşəbbüsü ilə mədəni müstəvidə və daha geniş kontekstdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox mühüm işlər görülür. Fond bu sahədə sistemli və məqsədyönlü yanaşma nümayiş etdirir. Azərbaycan dövlətçilik tarixinin, mədəniyyətinin və milli adət-ənənələrinin təbliği istiqamətində müxtəlif platformalarda uğurlu layihələr həyata keçirilir”.
Deputatın sözlərinə görə, bu cür təşəbbüslər Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına, eləcə də ölkənin müsbət imicinin gücləndirilməsinə ciddi töhfə verir.
Günel Elxan