“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib Hadisə

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

Milli Məclisin ötən gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Layihə barədə deputat Çingiz Əsədullayev məlumat verib.
Layihəyə əsasən daşınmaz əmlak üzərində hüquqların "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmayacaq.
Müzakirələrin sonunda sənəd səsə qoyularaq qəbul olunub.