28 Oktyabr 2024 11:22
3 437
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun Füzuli rayonuna səfəri başlayıb.
APA xəbər verir ki, səyyahlar rayonun Horadiz kəndinə gəliblər. Burada onlara işğal dövründə Ermənistan ordusu tərəfindən ərazinin mina və partlamamış döyüş sursatları ilə çirkləndirilməsi barədə məlumat verilib.
ANAMA əməkdaşı səyyahlara bölgənin mina təhlükəsi barədə danışıb. Sonra onlar mina təmizlənmə əməliyyatını müşahidə ediblər.
Qeyd edək ki, səyyahlar bundan əvvəl Cəbrayıl rayonunda olub, tarixi Xudafərin körpüsünü ziyarət ediblər.
Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.



