Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb Hadisə

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələdə yol qəzası olub.

APA-nın xəbərinə görə, oktyabrın 29-da saat 15 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində Ruslan Cabbarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1997-ci il təvəllüdlü Nurlan Abbasəliyevi vurub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.