Sumqayıtda mağazadan saxta əskinasla alış-veriş edən şəxs tutulub Hadisə

Sumqayıtda mağazadan saxta əskinasla alış-veriş edən şəxs tutulub

Sumqayıtda polis mağazadan saxta əskinasla alış-veriş edən şəxsi saxlayıb.

Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birindən naməlum şəxsin alış-veriş edən zaman kassaya 100 manat saxta pul əskinası verməsi barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.