

Ukrayna hakimiyyəti hərbi əməliyyatları davam etdirmək niyyətindədir və Rusiyada dinc hədəflərə gecə saatlarında PUA basqınına cəhd yalnız bunu təsdiqləyir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti öz yanaşmasını, mövqeyini nümayiş etdirməkdə davam edir:
"Bu mövqe müharibəni davam etdirmək məqsədi daşıyır. Kiyev rejimi mülki infrastruktura zərbələr endirmək cəhdlərini davam etdirir”, - Kremlin sözçüsü vurğulayıb .