

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər əraisində qeydə alınıb. Goranboy rayonunun Dəliməmmədli şəhər sakini 1999-cü il təvəllüdlü Röyal Əliyevin idarə etdiyi “Opel” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Nəticədə sürücüsü və onun sərnişini 1996-cı il təvəllüdlü Xudayət Xəlilov xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.