Netanyahu: “İrana hücumlar təhlükə aradan qaldırılana qədər davam edəcək” Dünya

Netanyahu: “İrana hücumlar təhlükə aradan qaldırılana qədər davam edəcək”

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Baş Nazirlik Ofisi tərəfindən yayımlanan çıxışında “İsrailin sağ qalması naminə təhlükəni aradan qaldırmaq” səbəbilə İrana hücuma keçdiklərini açıqlayıb.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agnetliyinə istinadla qeyd edir ki, İranın İsrailə qarşı təhdidləri aradan qaldırılana qədər hücumların davam edəcəyini deyən Netanyahu, İranın İsrailə qarşı soyqırım ritorikasını inkişaf etdirdiyini və bunu nüvə proqramı ilə dəstəklədiyini iddia edib.

Netanyahu İranın atom bombası istehsal edəcək qədər uran zənginləşdirdiyini və silah istehsalı üçün daha əvvəl atmadığı addımlar atdığını iddia edib.

Bu sürətlə İranın çox qısa müddətdə nüvə silahı istehsal edə biləcəyini ifadə edən Netanyahu bunun İsrail üçün təhlükə olduğunu ifadə edib.
Başlatdıqları hücumun adının "Yüksələn Aslan" olduğunu açıqlayan baş nazir "İranın nüvə zənginləşdirmə proqramının qəlbinə hücum etdik. İranın Natanzdakı əsas zənginləşdirmə obyektini hədəf aldıq" deyib.

İranın ballistik raket proqramına hücum etdiklərini bildirən İsrailin baş naziri ötən il İranın onlara 300 raket atdığını, onlar isə bir ton partlayıcı daşıyan 25 raket atdıqlarını bildirib. Netanyahu İranın 3 ildə 10 min ballistik raket istehsal etməyi hədəflədiyini və bunun qəbuledilməz olduğunu deyərək İrana çox böyük zərbə vurduqlarını və problemlərinin İran xalqı ilə deyil, rejimlə olduğunu vurğulayıb.