Tramp: İran hücum edərsə, ABŞ İsraili müdafiə edəcək Dünya

Tramp: İran hücum edərsə, ABŞ İsraili müdafiə edəcək

İran hücum edərsə, ABŞ İsraili müdafiə edəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib .

“İran öz nüvə obyektlərinə hücuma cavab verərsə, ABŞ özünü və İsraili müdafiə etməyə hazırdır”, - o qeyd edib.