

30 İyul 16:34
30 İyul 15:48
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Sertifikasiya imtahanından keçməyən işçilərin aylıq tarif (vəzifə) maaşı 6 ay müddətində saxlanılacaq.
Xalqcəbhəsi.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Bu halda iş yeri saxlanılsa da, tibb işçisinə işə gəlməyə icazə verilmir.
Layihəyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.
Qeyd edilib ki, hazırda iş yeri saxlanılsa da, tibb işçisinə işə gəlməyə icazə verilməməsi, bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olur. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulub və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə qanuna müvafiq dəyişiklik təklif olunub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.