İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
13 İyun 2025 11:16
6 811
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Başçarşıdakı fəvvarə önünə toplanan bosniyalılar və onlara dəstək verən şəhərdəki turistlər İsrailin hücumlarına etiraz verib.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən qeyd edir ki, Başçarşıdan başlayaraq Fələstin bayraqları ilə Ferhadiye küçəsinə doğru yürüş edən etirazçılar, “Soyqırımı dayandırın”, “Fələstinə azadlıq”, “Netanyahu mühakimə olunacaqsan”, “İsrail terrorirzmi dayandırılsın” şüarları səsləndiriblər.
İsrail tərəfindən öldürülən körpə və uşaqları təmsil edən maketləri daşıyan etirazçılar İsrail qüvvələri tərəfindən saxlanılan “Madleen” adlı gəmidəkilərə də dəstək veriblər.
Yürüş boyu üzərində “Həqiqəti yandıra bilməzsiniz” yazılmış böyük pankart daşıyan etirazçılar Amerika və İsraili dəstəkləyən digər ölkələrə də etiraz ediblər.
25 Mart 18:25
1 379
25 Mart 15:09
1 337
25 Mart 13:50
1 946
