“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
13 İyun 2025 08:47
3 570
İsrailin İrana hücumundan sonra neftin qiyməti 7 faizdən çox artıb.
Xalqcəbhəsi.az “Haber Global”a istinadla bildirir ki, brent markalı neftin bir barelinin qiyməti 7,40 faiz artaraq 74,49 dollar olub.
Eyni zamanda, Qərbi Texas (West Texas Intermediate) markalı xam neftin bir barreli 7,86 faiz artaraq 73,39 dollar olub. Neft qiymətləri İsrailin hücum hədələrindən sonra İranın paytaxtı Tehranda şiddətli partlayışlar barədə xəbərlərdən sonra bahalaşıb.
İsrailin müdafiə naziri Yisrael Katz İrana hücuma keçdiklərini açıqlayıb. İsrail radiosu Katzın bütün İsraildə fövqəladə vəziyyət elan etdiyini bildirib.
İlk hücumda İranın müxtəlif bölgələrində bir çox hərbi obyektin vurulduğu, hərbi hədəflərə, komandirlərə, qərargahlara və nüvə obyektlərinə hücum edildiyi qeyd olunub.
İsrail ordusu həmçinin İranın nüvə proqramına zərbə vurmaq üçün qabaqlayıcı, dəqiq və birləşmiş hücuma keçdiklərini açıqlayıb.
9 Yanvar 20:45
1 722
9 Yanvar 18:08
1 694
9 Yanvar 17:13
1 911