Saatlının doqquz kəndində qaz olmayacaq Hadisə

Saatlının doqquz kəndində qaz olmayacaq

Saatlının doqquz kəndində qaz təchizatı dayandırılacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm-lik PE "Axundov-Sarıcallar" orta təzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 24.06.2025-ci il saat 09:00-dan etibarən Saatlı rayonunun Sarıcallar, Əbilkənd, Cəfərxan, Qaranuru, Qazanbatan, Şirinbəy, Əliabad, Məmmədabad, Genişkənd kəndlərində (ümumi 4131 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.