Qətər İranı hədələdi: Bu hücuma cavab verə bilərik... Dünya

Qətər İranı hədələdi: Bu hücuma cavab verə bilərik...

İranın hücumu Qətərin suverenliyi və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulmasıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Qətər beynəlxalq hüquq normalarına uyğun olaraq bu açıq təcavüzə birbaşa cavab vermək hüququnu özündə saxlayır”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.