Hürmüz Boğazında gəmi hərəkəti davam edir Dünya

Hürmüz Boğazında gəmi hərəkəti davam edir

İsrailin İran hücumları və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra diqqət mərkəzinə çevrilən Hürmüz Boğazında gəmi trafiki hələ də davam edir. Lakin bəzi neft tankerlərinin təhlükəsizlik səbəbilə Boğaza girmədən “U” dönüşü etdiyi müşahidə olunub.

İran parlamentinin üzvü İsmayıl Kevsəri, boğazın bağlanmasının müzakirə olunduğunu, ancaq yekun qərarın Milli Təhlükəsizlik Ali Şurasına aid olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, MarineTraffic məlumatlarına görə, altı böyük neft tankeri Hürmüz Boğazına girmədən geri dönüb. Bunlar arasında BƏƏ, Yaponiya, Panama, Cənubi Koreya, Çin və Norveçdən yola çıxan tankerlər var. Bəziləri geri dönsə də, sonradan istiqamətlərini yenidən boğaza tərəf dəyişiblər.

Hazırda Hürmüz Boğazı tamamilə bağlanmasa da, vəziyyətin gərginliyi səbəbilə gəmi hərəkətində ehtiyatlılıq müşahidə olunur.

Məryəm Quliyeva