Həlak olmuş iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb
TAP ilə Azərbaycandan Yunanıstana indiyədək ixrac olunan qazın həcmi açıqlanıb
2 Fevral 19:19
1 848
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.
Bildirilib ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.
Müvafiq qərarla Salman Məmmədov inzibati qaydada həbs edilib.