Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB-2- VİDEO Hadisə

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB-2- VİDEO

"FHN-nin “112” qaynar xəttinə Parlament prospektində bir-birinə bitişik fərdi yaşayış evində yanğın baş verməsi haqqında məlumat daxil olub".

Bu sözləri FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, evin bütün konkstruktiv elementləri və əşyalar yanıb, lakin yanğında xəsarət alan olmayıb: “Ümumi sahəsi 90 kvm olan 3 otaqlı fərdi yaşayış evində baş verən yanğın qısa müddətdə söndürülüb. Digər evlər yanğından mühafizə olunub”.

***

15:56

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

***

15.48

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.

***

15.23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB-2  - VİDEO

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB-2  - VİDEO

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB-2  - VİDEO

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB-2  - VİDEO

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB-2  - VİDEO

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB-2  - VİDEO