11:23
672
Bakıda güclü küləyin daş hasarı aşırması nəticəsində bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə fevralın 4-də saat 15 radələrində Xətai rayonunda baş verib.
Güclü külək nəticəsində Zeytun küçəsindəki hasar Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Rüfət Qasımovun üzərinə aşıb və R. Qasımov ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.