Aİ: Azərbaycan qazının qəbulu üçün infrastruktur və koordinasiya vacibdir
Keçmiş Asiya Universitetinin yerləşdiyi bina BDU-nun korpusuna çevrilib - FOTO
MN-in “İstirahət evi”nin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib
Aİ Azərbaycanla enerji sahəsində yüksək səviyyəli dialoqu davam etdirmək barədə razılığa gəlib
16:33
945
Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı saxlanılan 38 yaşlı Fərid İskəndərovdan 14 kiloqram 641 qram narkotik vasitə olan marixuana, 241 qram psixotrop maddə metamfetamin, həmçinin 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.
F. İskəndərovun narkotik vasitələri paytaxt və Abşeron rayonu ərazisində müxtəlif ünvanlara yerləşdirərək satışını təşkil etmək istədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.