Ombudsmanın fəaliyyəti barədə məlumat verilib Hadisə

Ombudsmanın fəaliyyəti barədə məlumat verilib

Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə davamlı fəaliyyət və hüquqi maarifləndirmə tədbirlərinin müntəzəmliyi təmin olunur.
Ombudsman Aparatından verilən məlumata görə, silsilə tədbirlər 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində də davam etdirilməklə, geniş ictimaiyyətin diqqətinin insan hüquqlarının müdafiəsi, təbliği və təmininə yönəldilməsi məqsədini daşıyır.
Ədliyyə Akademiyasında keçirilmiş növbəti təlim kursları da "Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti" mövzularında olub və mühazirələr Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən Ədliyyə Nazirliyinə, qurumun Penitensiar Xidmətinə və Tibb xidmətinə qulluğa qəbul olunmuş şəxslərə tədris olunub.
O, mühazirələrdə respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər, habelə Ombudsmanın effektiv hüquq müdafiə mexanizmi kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Müvəkkilin nümayəndəsi BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevinmüvafiq Sərəncamı ilə OmbudsmanınMilli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar mili və xarici ölkə təcrübəsi əsasında dinləyicilərin diqqətinə çatdırılıb.