Netanyahu: İranı var gücümüzlə vurmağa davam edirik
26 Mart 17:29
26 Mart 17:29
26 Mart 16:42
26 Mart 15:01
08:31
609
Zaqatalada ayağından xəsarət alan 50 yaşlı kişi ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 50 yaşlı İlham Təmqaz oğlu Davudov yaşadığı ünvanda hələ ki, bilinməyən səbəbdən ayağından xəsarət alıb.
İ. Davudov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala Rayon Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə təhvil verilib.
Aparılan tibbi müdaxilələrə baxmayaraq İ. Davudovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra dünyasını dəyişib.
İ. Davudovun ölümünün dəqiq səbəbinə aydınlıq gətirmək üçün meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
26 Mart 16:12
1 400
26 Mart 13:44
1 344
25 Mart 17:27
1 834