İtkin düşmüş kimi axtarışda olan 11 nəfər tapıldı Hadisə

İtkin düşmüş kimi axtarışda olan 11 nəfər tapıldı

Ötən gün axtarışda olan 11 nəfər tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.