14:42
1 470
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Dubayda ABŞ ordusunun 500-dən çox hərbçisinin olduğu iki sığınacağına ağır zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Xatəm əl-Ənbiya" mərkəzi hərbi komandanlıq qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari məlumat verib.
Onun sözlərinə görə, zərbələr raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib. Zülfəqari bildirib ki, birinci sığınacaqda 400-dən çox, ikincisində isə 100-dən çox Amerika əsgəri gizlənir.
Məryəm Quliyeva