SEPAH: Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarı məhv edilib Dünya

SEPAH: Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarı məhv edilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubayda Ukraynanın antidron sistemlərinin saxlanıldığı anbarı məhv edib. Məlumata görə, həmin anbarda 21 Ukrayna vətəndaşı da olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyanat verib.

"Dubayda amerikalı komandir və əsgərlərin sığınacaqlarının atəşə tutulması və böyük itkilərlə nəticələnməsi ilə eyni vaxtda, SEPAH-ın Aerokosmik və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı zamanı ABŞ ordusuna kömək məqsədilə Dubayda yerləşən Ukrayna pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri anbarı məhv edilib. Orada həmçinin 21 ukraynalı var idi", — deyə İranın dövlət teleradio şirkəti nümayəndənin bəyanatından sitat gətirib.

Qeyd olunur ki, həmin ukraynalıların taleyi hələ də məlum deyil.

Məryəm Quliyeva