30 Mart 09:01
2 170
Honq Konqda enerji təchizatı ilə bağlı “sarı xəbərdarlıq” vəziyyəti elan olunub.
Bu barədə “South China Morning Post” qəzeti "CLP Power" şirkətinin rəhbəri Maykl Kaduriyə istinadən məlumat yayıb.
Kadurinin sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hücumları fonunda regionda yaranan enerji böhranı Honq Konqa da təsir göstərə bilər.
“Biz hazırda sarı zonadayıq. Hələ qırmızı səviyyədə deyilik, lakin gələcək barədə düşünməliyik”, – deyə o bildirib.
Şirkət rəhbəri əlavə edib ki, hazırda şəhərdə elektrik təchizatı stabil olaraq qalır, lakin risklər artmaqdadır.
12:05
1 652
29 May 14:34
1 757
29 May 11:35
1 582