Qalibaf: ABŞ İrana qarşı quru əməliyyata hazırlaşır Gündəm

Qalibaf: ABŞ İrana qarşı quru əməliyyata hazırlaşır

ABŞ-nin danışıqlar təklifləri yalnız görüntü xarakteri daşıyır və Vaşinqtonun əsas məqsədi İrana qarşı gizli quru hərbi hücumu təşkil etməkdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

M.B. Qalibaf qeyd edib ki, İran tərəfi ABŞ-ın ikiüzlü siyasətini yaxından izləyir və hər cür təxribata hazırdır:

"Düşmən danışıqlar və dialoq mesajları verirmiş kimi görünür, amma gizli şəkildə quru hücumuna hazırlaşır. Onlar bilmirlər ki, bizim xalqımız ABŞ əsgərlərinin torpağımıza ayaq basmasını gözləyir. Biz onlara atəş açmağa və bölgədəki müttəfiqlərini birdəfəlik cəzalandırmağa hazırıq".