Tramp: ABŞ Hörmüz boğazını nəzarətə götürür Gündəm

Tramp: ABŞ Hörmüz boğazını nəzarətə götürür

ABŞ Prezidenti Donald Tramp İsrail televiziyasının "Kanal 14" (C14) telekanalına verdiyi müsahibədə Birləşmiş Ştatların Hörmüz boğazını nəzarət altına almağa qadir olduğunu və artıq bu planın icrası ilə məşğul olduqlarını bildirib.

Xalqcebhesi.az-ın xəbərinə görə, telekanalın "Birləşmiş Ştatlar Hörmüz boğazına nəzarəti ələ keçirməyə qadirdirmi?" sualına Tramp belə cavab verib:

"Bəli, bu artıq baş verir, əlbəttə".

Bundan əlavə, İranla danışıqlar məsələsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə qarşılıqlı fəaliyyət səviyyəsi barədə danışan Tramp koordinasiyanın "çox sıx" olduğunu vurğulayıb:

"Bizim Netanyahu ilə yaxşı münasibətlərimiz var, bundan yaxşısı ola bilməzdi", — deyə o əlavə edib.

Məryəm Quliyeva