Göygöldə qasırğa olub Hadisə

Göygöldə qasırğa olub

Göygöl rayonunda güclü qasırğa olub.
Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Rauf Nəsirovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, qasırğa dünən axşam saatlarında rayonun Hacıməlikli kəndi ərazisində baş verib. Burulğan formasında olan qasırğa kəndin orta məktəbi, uşaq bağçası və poçt binası olan ərazisini tutaraq tikililərin dam örtüklərini dağıdıb. R. Nəsirovun bildirdiyinə görə, qasırğa tikililərə təxminən 30 min manat məbləğində ziyan vurub. Hazırda qasırğanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində iş görülür.