Reuters: ABŞ və İranın tarixi sazişində 300 milyard dollarlıq özəl fond planı
Tramp G7 liderləri ilə razılaşdı: Hörmüz boğazı açılır, Ukraynaya dəstək davam edir
Ziqfrid Leffler: İnfrastruktur bağlantı yaradır, institutlar isə inteqrasiyanı təmin edir
Siyəzəndə bələdiyyə islahatları və ictimai iştirakçılıq mövzusunda müzakirələrə start verilib
12:04
728
Pakistanın xarici işlər naziri İshaq Dar 30 İran vətəndaşının vətənlərinə qaytarılmasına köməklik göstərildiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində bildirib.
"Pakistan 30 İran vətəndaşının repatriasiyasına köməklik göstərməkdən məmnundur.
Bura qayıqları saya oturduqdan sonra dənizdə Böyük Britaniyanın "MMA Valour"gəmisi tərəfindən xilas edilən 8 iranlı balıqçı, həmçinin bu yaxınlarda ABŞ rəsmiləri tərəfindən saxlanılan "Lenore/Davina" gəmisinin heyət üzvü olan 22 iranlı daxildir. Hər iki qrupun yaxın günlərdə Kəraçi vasitəsilə tranzitlə gələcəyi gözlənilir.
İranlı qardaşlarımızın təhlükəsiz tranzitini və tezliklə vətənlərinə qayıtmasını təmin etmək üçün İran, ABŞ və Böyük Britaniya rəsmiləri ilə sıx koordinasiyadayıq. Pakistan humanitar əməkdaşlığa və iranlı qardaşlarımıza hər cür yardım göstərməyə sadiq qalır", — deyə Dar yazıb.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında göyərtəsində 1,9 milyon barrel İran xam nefti olan "M/T Davina" (hazırda "Lenore" adlanır) tankerini saxlayıb.
Məryəm Quliyeva