
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nailə Polad qızı Məmmədova təyin olunub. Bu barədə APA-ya N.Məmmədova özü məlumat verib.
O bildirib ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun sərəncamına əsasən dünəndən vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Nuranə Mərdanova mayın 12-dən təqaüdə göndərilib.