21 İyul 20:45
BMT-nin İnsan Hüquqları üzrə Ofisi İsrailin Qəzzaya hücumlarını pislədi
Makron yeniyetmələrin sosial mediadan istifadəsinə qadağa qoyduğunu açıqladı
"Kups"un baş məşqçisi: Hələ də şansımızın olduğunu düşünürəm
Azarkeşlərimiz yəqin ki, məyus ayrılırlar - Valdas Dambrauskas
Tramp İranın yeni nüvə obyektinə zərbə endiriləcəyini açıqlayıb
5 Mart 2020 13:12
2 275
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
21 İyul 22:49
847
21 İyul 20:47
1 008
21 İyul 20:07
1 008