Ailənin təməli möhkəm olmayanda... Hadisə

Ailənin təməli möhkəm olmayanda...

Arzu Şirinova

Ailə müqəddəsdir, deyib ata-babalarımız. Ailədə bu müqəddəsliyi həm kişi, həm də qadın qoruyub saxlamalıdır. İllərin təcrübəsinə əsasən deyə bilərəm ki, bu qorunmada bəlkə də 80 faiz məsuliyyət qadının üzərinə düşür. Bəlkə də həmcinslərim mənimlə razılaşmadılar, ancaq reallıq budur. Çox təəssüf ki, müqəddəs olan nəyinsə qədrini bilmək, onu qorumaq, hər şeydən uca tutmaq əvəzinə, bu müqəddəsliyə xələl gətirilir. Belə bir hal son illərin ağrılı, bəlkə də sağalması illər çəkən problemə çevrilib. Hiyəsinə keçməzdən əvvəl mətbuatda vaxtilə gedən maraqlı bir açıqlamanı diqqətinizə çatdırım. Həmin məlumata görə, təkcə bir ayda boşanma ilə bağlı müraciət edən 40 nəfərdən 5-i uşağını ər evində qoyub çıxıb. Ümumiyyətlə, belə ailələrin sayı çoxalıb. Amma ötən illər ərzində qadınlar arasında nadir hallarda belə addım atanlara rast gəlinirdi. Yəni dədə-babadan görmüşük ki, ailə dağılanda uşaqlar ana ilə qalırlar. Hətta uşağı almaq üçün məhkəmələrə üz tutan analar da az deyil. Digər məlumata görə, son vaxtlar vətəndaş nigahı ilə yaşayanların sayı da artıb.
Rəsmi məlumata görə, Azərbaycanda 2013-cü ildə 86852 rəsmi nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ötən il baş verən boşanmaların sayı 11733 olub.
İndi isə bu halları doğuran səbəblərdən bir neçəsini qeyd etmək istərdim.
Bu gün ailənin təməlinin sevgi üzərində qurulması nadir hadisəyə çevrilib. Yəni bir-birini sevib ailə quranlar barmaqla sayılacaq qədərdilər. Ailə quranlar ya kiminsə vasitəsilə tanış olur- bu isə bəzən uğurlu, bəzən uğursuz sonluqla nəticələnir-ya da həm qız, həm də oğlan aldadılır, necə deyərlər "tora" düşürlər. Belə hallar isə çox vaxt 18-20 yaş dövründə baş verir. Hələ mən 14-15 yaşlı qızların əksəriyyət vaxt məcburən ərə verilmələrini demirəm. Bu cür vəziyyət əsasən Azərbaycanın cənub bölgəsində və Bakının kəndlərində olur ki, bununla da bağlı hətta Milli Məclisdə millət vəkili Qənirə Paşayeva və digərləri dəfələrlə məsələ qaldırıblar. Eyni zamanda, belə halların qızlar arasında kütləvi savadsızlığa, dünya görüşünün olmamasına gətirib çıxarılacağı bildirilib. Çünki müasir dövrdə heç olmasa ananın orta savadlı olması şərtdir ki, o, uşağın təlim-tərbiyyəsində büdrəmələrə yol verməsin.
Yuxarıda qeyd etdiyim kimi ailə quranlar kiminsə vasitəsilə tanış olurlar. Olmuş bir hadisəni fakt olaraq qeyd etmək yerinə düşər. Heçə illər Rusiyaya çörəkpulu qazanmaq dalınca yollanan 30 yaşlı oğluna yaxşı qız axtaran ana bütün qonum-qonşuya soraq salır. Qonşusu xəbər verir ki, tanıdığı bir qız var, çox tərbiyəli və hərtərəfli qabiliyyətlidir. Oğlanı məcbur edirlər ki, qızla görüşsün, bir baxsın görsün qız xoşuna gələcəkmi? Təklifi qəbul edən oğlan qızla görüşür və anasına deyir ki, nişan üçün hazırlıq görə bilər. Qeyd edim ki, qızın da elə bir namizədi olmadığından cəmi bir dəfə gördüyü oğlana onunla ailə qurmaq üçün razılığını bildirir. Bəli, başlayırlar nişan tədarükünə. Hişan mərasimindən heç bir müddət keçməmiş qızın yaxın qohumlarından biri onlara gəlir. Qızın ata-ansına gözaydınlığı verdikdən sonra oğlanın kimlərdən olduğu ilə maraqlanır. Və oğlanın kim və nəçi olduğunu biləndə isə, bütün arzular alt-üst olur. Bəlli olur ki, 30 yaşlı oğlanın Rusiyada ailəsi, uşaqları var, yaşayışını təmin etmək üçün isə narkotika alveri ilə məşğul olurmuş. Valideynlər eşitdiklərindən şoka düşürlər və oğlanın anasını çağırtdırıb həqiqəti söyləməyini tələb edirlər. Ana deyilənlərin həqiqət olduğunu, sadəcə "oğluma yaxşı qız alaram, düz yola qayıdar" prinsipi ilə məsələyə yanaşdığını bildirir. Qızın valideynləri nişanı qaytararaq, övladlarının belə bir insanla ailə qura bilməyəcəyini deyirlər. Hecə deyərlər, bu ailə zərərin yarısından da olsa dönə bilir.
Digər bir fakt. Ali savadlı qız təhsilini davam etdirmək, karyera qurmaq üçün var gücünü elmə yönəldəcəyini qarşısına məqsəd olaraq qoyur. Ancaq qohumu ona müştəri tapdığını, həmin müştərinin isə varlı-karlı olduğunu bildirir. Yəni bu gün əksəriyyət qızın istədikləri-evi, maşını, gəlirli işi və s. Qız məqsədini bu göstəricilərə qurban verir və ailə qurur. Sonda arzuları puç olur və qadağılar başlayır. Təbii ki, qadağalarla razılaşmayan gənc qız əlacı boşanmaqda görür. Bəlkə də ailə sevgi ilə qurulsaydı bu qadağalar müəyyən müddətdən sonra aradan götürülərdi...
Ailə məsuliyyətini dərk etməyən 18-19 yaşlı oğlanların evlənməsi də sonda boşanmalara gətirib çıxarır. Belələri isə sadəcə aldadılır, şirin vədlərə uyaraq həyatlarını puç edirlər. Bu cür gənc oğlanlar valideyn məsləhətinə qulaq asmadan addım atırlar və uçuruma yuvarlanırlar. Sonrakı peşimançılıq isə faydasız olur.
Bu gün boşanmaların bir qismi ailədə ərlə arvadın bir-birini başa düşməməsi ilə bağlıdırsa, əksəriyyət isə sosial problemlərlə əlaqədardır. Yeni qurulan gənc ailəyə valideyn qayğısı ilə yanaşı dövlətin qayğısı da lazımdır. Bəlkə də bunları nəzərə alan Azərbaycan hakimiyyəti aztəminatlı ailələrə sosial yardımların verilməsini həyata keçirdi. Ancaq həqiqət bundan ibarətdir ki, həmin sosial yardımlar bəzən ehtiyacı olanlara verilmir, rüşvət yoluyla başqa istiqamətə yönəldilir. Artıq belə yardımların verilməsində problem yaradanların aqibəti də bəllidir. Yəni bir neçəsinin rüşvət üstündə həbs edildiyi faktı var. Ancaq nə olsun ki, yenə də yerlərdə bu işə məsul şəxslər bildiklərini edirlər. Həticə çıxarmaq əvəzinə, dünən aldığı rüşvətin miqdarını bu gün az qala ikiqat artırırlar.
Əgər ailə başçısı aldığı məvaciblə minimum yaşayışını təmin edə bilmirsə, sabah dünyaya gələcək övladının qayğısını lazımınca çəkməyi bacarmayacaqsa, o zaman ailədə söz-söhbətlərin təməli qoyulur. Kiçik söz-söhbətlər getdikcə böyüyərək dava-dalaşa, bir-birini anlamamağa gətirib çıxarır. Və iki il bundan əvvəl təməli qoyulan ailə dağılır. Bu dağılan ailənin zərbəsi ən çox yenicə dünyaya göz açan körpəyə dəyir. Yəni körpə dayaqlarının birinin nəvazişindən, dəstəyindən məhrum olur. Kiçik yaşlarından başlayaraq mənəvi zərbələr alır. Bu da gələcəyimizə vurulan zərbədir ki, bunu düzəltmək çox çətindir.