Azərbaycan Omanda 1-ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumunda təmsil olunur
ADA Universitetinin tələbəsi: Şəhər yeniliyin arxasınca qaçaraq öz ruhunu itirməməlidir
Boks üzrə Azərbaycan çempionatının ilk günündə 24 döyüş baş tutub
Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi komandasına seçilib
Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir
9 Aprel 2020 21:47
2 345
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək:
"Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər".