Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
28 Aprel 2020 15:51
1 785
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün 82 300 ailəyə (342 min ailə üzvü) aprel ayı üzrə ünvanlı sosial yardım ödənişini həyata keçirib.
Nazirlikdən verilən məlumata görə, həmin ailələri təmsil edən, adlarına yardım vəsaiti köçürülən şəxslər evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından hər hansı faiz tutulmadan ala bilərlər.
“Qeyd edək ki, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Aprelin 1-dən ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min, o cümlədən ailə üzvlərinin sayı 50 min artıb.
Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 223 manata çatıb.
Beləliklə, aprel ayı üzrə bütün pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi artıq yekunlaşıb”, - deyə məlumatda qeyd olunub.
24 Oktyabr 20:38
938
24 Oktyabr 19:27
945
24 Oktyabr 18:33
1 015