MDB təhlükəsizlik şuraları katiblərinin görüşü keçirilib Hadisə
- 29 Sentyabr 2014 17:47
- 686
Moskvada MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşü keçirilib. "AzərTAc"ın xəbərinə görə, görüşdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Görüş çərçivəsində Əfqanıstan amilinin MDB məkanında regional təhlükəsizliyin vəziyyətinə təsiri, islamın radikallaşdırılması və onun MDB iştirakçısı olan dövlətlər üçün mümkün nəticələri, "Əl-Qaidə"nin və özünü "İraq və Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmanın pozucu fəaliyyəti məsələləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində vəziyyət müzakirə edilib. Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Onun çıxışında radikal dini ideologiyaların dünyada yayılmasına şərait yaradan əsas səbəblər təhlil edilib, radikal və ekstremist dini təşkilatlar tərəfindən, xüsusən gənclər arasından yeni tərəfdarlar cəlb etmək üçün istifadə olunan üsullar və metodlar nəzərdən keçirilib. MDB üzvü olan ölkələrin vətəndaşlarının Suriya, İraq və Əfqanıstanda müxtəlif dini-ekstremist və terrorçu qruplaşmaların tərkibində iştirak etməsinin təhlükəli olması xüsusi vurğulanıb. Bildirilib ki, orada döyüş təcrübəsi və vərdişləri qazanan bu insanlar öz ölkələrinə qayıdandan sonra milli təhlükəsizliyə təhdid doğuran ciddi amilə çevrilirlər. Görüş iştirakçılarına Azərbaycanın hüquq mühafizə orqanları və xüsusi xidmətləri tərəfindən ekstremist dini təşkilatların fəaliyyətinə qarşı mübarizə üçün görülən tədbirlər və bu sahədə qazanılmış uğurlar barədə məlumat verilib. Muzdlu qatilliyə və terrorizmə, habelə Azərbaycan vətəndaşlarının dini düşmənçilik əsasında ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştiraka cəlb edilməsinə görə cəzaların sərtləşdirilməsi üçün milli qanunvericiliyə düzəlişlər qəbul edilməsi haqda ətraflı məlumat verilib. Tərəfdaş ölkələrin xüsusi xidmətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin nümunələri göstərilib, dini ekstremizm və terrorçuluq təzahürləri ilə mübarizə işində beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirməyin zəruriliyi vurğulanıb. Azərbaycan Prezident Administrasiyasının rəhbəri səfər çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
- 7 May 21:55
- 784
- 7 May 21:54
- 924
- 7 May 18:54
- 966
-
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
-
Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib
-
Avstriya NATO-ya üzv olmayacağını açıqlayıb
-
TƏBİB: Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti orta-ağırdır
-
Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub
-
“Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda konfrans keçirilib
-
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
-
NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edib
-
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib, növbəti toplantı İranda olacaq
-
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
-
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
-
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi barədə ev dustaqlığı həbslə əvəz edilib
-
Ucarda iş yerində xəsarət alan şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
-
Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib
-
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək
-
Türkiyə İsraili Rəfah sərhəd keçidindən geri çəkilməyə çağırıb
-
BMT Baş katibi İsrailə çağırış edib
-
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
-
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
-
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
-
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
-
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
-
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
-
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
-
Ötən ay 785 qanunsuz miqrant saxlanılıb - VİDEO
-
İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir
-
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
-
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
-
Azərbaycanda 20 nəqliyyat vasitəsi özəlləşdirilib
-
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
-
Şirkətin xəzinədarının 163 min manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə başlayır
-
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
-
Aleksandr Novak: Neftin qiyməti bazardakı vəziyyəti adekvat şəkildə əks etdirir
-
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
-
Zaxarova Londonu hədələyib: Britaniya hərbi obyektlərini vura bilərik
-
Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
-
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
-
Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır
-
Sumqayıtda təhsil müəssisəsində 250 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb
-
Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
-
Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
-
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
-
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
-
"Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır"
-
Baş Prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb
-
Taksi fəaliyəti üçün icazələrin verilməsinə başlanılıb
-
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
-
Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur
-
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
-
“Supermen” filmindən ilk kadr yayımlanıb
-
"Dərinsulu Günəşli" platforması üzrə profilaktik işlər başa çatıb
-
Dünya üzrə qızlar üçün ən birinci məktəb Marağa şəhərində olub
-
Paşinyan etirazlara görə istefa verməyə hazırlaşmır
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər
-
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işləri ilə tanış olub
-
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
-
Rusiya hökuməti istefa verib
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb
-
30 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid dəfn edilib - FOTO/VİDEO